“Boeing” şirkəti İndoneziyadakı təyyarə qəzasını şərh edib

“Boeing” şirkəti İndoneziyanın “Sriwijaya Air” aviaşirkətinin “Boeing 737-500” laynerinin Cakarta yaxınlığında qəzaya uğramasından məlumatlıdır, layner barədə informasiyanın alınması üzərində işləyir.

QİA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə şirkətin nümayəndəsi Dana Sallum bildirib.

“Biz Cakartadan gələn media xəbərlərindən məlumatlıyıq və vəziyyəti yaxından izləyirik. Daha çox məlumat toplamağa çalışırıq”, – şirkətin nümayəndəsi agentliyə deyib.

İndoneziyanın nəqliyyat naziri Budi Karia Sumadi daha əvvəl ölkənin “Sriwijaya Air” aviaşirkətinin sərnişin təyyarəsinin Cakarta yaxınlığında suya düşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, hadisə zamanı təyyarədə ümumilikdə 65 nəfər varmış. Onların 53-ü sərnişin, 12-si heyət üzvüdür.

İlkin məlumatlara görə, laynerin qırıntıları və meyitlərin bir hissəsi tapılıb.

Oxşar Xəbərlər