2020-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 938,2 milyon manat təşkil edib.
“QİA.AZ” DGK-ya istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 10,7% azdır.
Ötən il gömrük rüsumları üzrə daxilolmalar 8,4% azalaraq 1 016,6 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8,7% azalaraq 2 741,5 milyon manat, aksizlər üzrə daxilolmalar 42,5% azalaraq 143,5 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,3% azalaraq 36,6 milyon manat olub.