“Hazırkı mərhələdə Çin istehsalı olan hər hansı bir vaksinin Gürcüstanda tətbiqi məsələsi nəzərdən keçirilmir”.
“QİA.AZ” xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.
O, Ümumdünya Səhiyyə Təşkilatının Çinin “Sinovac” və “Sinopharm” peyvəndlərini hələ təsdiqləmədiyini qeyd edib.
Nazir müavini bildirib ki, Gürcüstanda “Pfizer”, “Moderna” və “Astrazeneka” vaksinlərinin tətbiqinin mümkünlüyünə baxılır.