Ermənistan hökuməti koronavirusla bağlı tətbiq edilmiş və bu gün başa çatan karantinin müddətini 11 iyul tarixinədək uzadıb.
QİA.AZ xəbər verir ki, ölkənin Nazirlər Kabinetindən verilən məlumata görə, karantin müddətində əcnəbilər yalnız azı 72 saat əvvəl keçirilmiş PCR testinin mənfi nəticə verməsinə dair rəsmi arayışla ölkə ərazisinə daxil ola bilərlər.
Bununla yanaşı, ictimai toplantı və məclislərdə 60 nəfərdən artıq iştirakçının olmamasına dair tətbiq edilən məhdudiyyət aradan qaldırılır, qapalı məkanlarda toplantılara da icazə verilir.