“World Masters”: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayır

Yan13,2021
"World Masters”: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində mübarizəyə qoşulacaq.

“QİA.AZ”-ın məlumatına görə, yarışın son günündə kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi 100 kq), qadınlarda isə İrina Kindzerska (78+) medal qazanmağa çalışacaq.

Kotsoyev 1/16 finalda Ramazan Dərvişlə (Misir), Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.

Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu medal qazana bilməyib.

Oxşar Xəbərlər