Gürcüstanda daha 1 357 nəfərdə koronavirus aşkarlanıb, 21 pasiyent ölüb

Gürcüstanda daha 1 357 nəfərdə koronavirus aşkarlanıb, 21 pasiyent ölüb

Gürcüstanda son sutkada daha 1 357 nəfərə koronavirus diaqnozu qoyulub, 748 nəfər müalicə olunaraq sağalıb, 21 pasiyent isə vəfat edib.

QİA.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 244 612 təşkil edir. Onların 228 359-u sağalıb, 2 867-si isə ölüb.

Hazırda karantin zonalarında 496, stasionar nəzarətdə 3 780 nəfər var. 638 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Oxşar Xəbərlər