Vətən müharibəsi dövründə Müdafiə Nazirliyinin “Qaynar xətt”inə daxil olan müraciətlərin daha çox hansı məsələlərlə bağlı olduğu açıqlanıb.
Nazirlikdən “QİA.AZ”a bildirilib ki, Vətən müharibəsi dövründə daxil olan müraciətlər əsasən valideynlərin hərbi xidmətdə olan övladları ilə əlaqənin saxlanılması (971 müraciət), şəhid olmuş və itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların alınması (742 müraciət), hərbi qulluqçuların ailələrinə yardım edilməsi (449 müraciət) və könüllü döyüşə getmək (386 müraciət) ilə əlaqədar olub.
Qeyd edək ki, 2020-ci il sentyabr ayının 27-dən 2021-ci il yanvar ayının 10-dək vətəndaşlardan 5 465 müraciət daxil olub. Ümumilikdə isə, 2020-ci il ərzində Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15 206 müraciət edilib.