Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb

Yan14,2021

Azərbaycan ən xoşbəxt insanların yaşadığı ilk beş ölkə sırasında yer alıb.

“QİA.AZ”ın məlumatına görə, bu barədə Ukraynanın “Demokratik Təşəbbüslər” Fondu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, Azərbaycanda xoşbəxtlik səviyyəsi 76 faiz təşkil edib. Reytinqdə ilk sıralarda Qırğızıstan (85 faiz), Qazaxıstan (78 faiz), Ekvador (77 faiz) və Kolumbiya (77 faiz) yer alıb.

Siyahıda ən son sıralarda Ukrayna (14 faiz), Ermənistan (12 faiz), Honq Konq (7 faiz), Qana (0 faiz) və Şimali Makedoniya (-3 faiz) qərarlaşıb.

Sorğu 41 ölkənin əhalisi arasında keçirilib.

Oxşar Xəbərlər