Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Böyük Britaniyanın müdafiə naziri Ben Volles arasında telefon danışığı olub.
“QİA.AZ” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Telefon danışığı zamanı nazirlər arasında ikitərəfli və regional müdafiə və təhlükəsizlik, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.