Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.
QİA.AZ xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi.
Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.
Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.
O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.
Allah rəhmət eləsin!