“Azneft”in şöbə rəisi “Discovery-2020” qrant müsabiqəsində II yeri tutub

Yan15,2021
“Azneft”in şöbə rəisi “Discovery-2020” qrant müsabiqəsində II yeri tutub

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elm dünyasında uğurları ilə fərqlənir.

“QİA.AZ”ın SOCAR-a istinadən verdiyi məlumata görə, fərqlənən SOCAR əməkdaşları sırasında Elvin Əhmədov da var.

Belə ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin şöbə rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov müəllifi olduğu ″Tektonik qırılmaların xüsusiyyətlərinin geoloji-riyazi üsullar vasitəsilə tədqiqi″ adlı layihəsi ilə Rusiya Elm və Yaradıcılıq Cəmiyyətinin təşkil etdiyi “Discovery-2020” qrant müsabiqəsində “Yaradıcı elmi yanaşma” nominasiyası üzrə II yerin qalibi olub.

70-dən çox elmi əsərin müəllifi olan SOCAR əməkdaşı dəfələrlə respublika və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib, diplomlarla təltif olunub.

Oxşar Xəbərlər