“Gürcüstanın 10 iri şəhərində məktəblərdə ikinci semestr yanvarın 18-dən distant formatda bərpa olunacaq”.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ekaterina Dqebuadze bildirib.
O, Gürcüstanın digər şəhər və bölgələrindəki məktəblərdə dərslərin sinif otaqlarında bərpa olunacağını deyib.
Nazir müavini vurğulayıb ki, Tbilisi, Kutaisi, Rustavi, Telavi, Zuqdidi, Zestafoni, Qori, Poti, Marneuli və Qardabani şəhərləri ilə yanaşı, Acarıstandakı icimai məktəblərdə də dərslərin onlayn rejimdə tədrisi davam etdiriləcək.