Şahin Mustafayev Əfqanıstan səfirliyində hökumət adından başsağlığı verib

Noy3,2020

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

QİA.AZ xəbər verir ki, Baş Nazirin müavini Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikası hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan hökumətinə və qardaş Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Oxşar Xəbərlər