Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, Polşanın https://new.org.pl xəbər portalında Varşava Universitetinin şərqşünaslıqfakültəsinin müəllimi Dr.Şəhla Kazımovanın müəllifliyi ilə məqalə yayımlanıb. “DağlıqQarabağ uğrunda müharibə Polşa jurnalistikasının əyri güzgüsündə” başlıqlı məqalədəmünaqişəsinin tarixi barədə ətraflı məlumat verilib.Qeyd edilib ki, Ermənistan və onun havadarlarının BMT-nin və digər beynəlxalqtəşkilatların qərarlarını icra etməməsi, Dağlıq Qarabağda status-kvonun saxlanılmasınacəhdlər göstərməsi öz tarixi torpaqlarına həsrət qalmış Azərbaycan xalqının sülhəinamını azaltmışdır. Münaqişəyə dini rəngin verilməsinin əsassız olduğu bildirilib,Ermənistan siyasi rəhbərliyinin yolverilməz bəyanatlarının və Azərbaycana qarşı genişmiqyaslı təxribatlarının 27 sentyabr 2020-ci ildə müharibəyə gətirib çıxardığı vurğulanıb.Məqalədə hadisələrə qərəzli yanaşmalara da toxunulub. Müəllifin fikrincə, DağlıqQarabağ hadisələri ilə bağlı faktların təhrif olunmasının səbəbi informasiya selindəCənubi Qafqazla illərdir peşəkarcasına məşğul olan analitiklərin səsinin Yaxın Şərq üzrəixtisaslaşmış mütəxəssislər tərəfindən boğulmasıdır: “Bu bölgə haqqındaformalaşdırılmış stereotiplər, hər iki xalq üçün ağrılı olan qarşıdurmanın dərkolunmasına yardım etmir. Və ən pisi, gələcək dialoqun qurulmasında bu xalqlarınnümayəndələrini dəstəkləmir”, – deyə təəssüflə əlavə edib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://new.org.pl/#1003,kazimova_gorski_karabach_w_publicystyce