Klublarımızın transferlərdəki xərcləri qazanclarından daha çoxdur

Klublarımızın transferlərdəki xərcləri qazanclarından daha çoxdur

2020-ci ildə Azərbaycan futbol klublarının transferlərə xərclədikləri təxmini məbləğ açıqlanıb.

“QİA.AZ”ın məlumatına görə, bu barədə FIFA-nın transferlərlə bağlı hesabatında bildirilib.

Ölkə təmsilçilərinin bu dönəmdəki xərcləri qazanclarından daha çox olub. Klublar transferlərə təxminən 1 milyon ABŞ dollarından çox pul xərcləyiblər. Onların qazancı isə 1 milyona yaxındır.

Qeyd edək ki, ölkədəki 10 klub futbolçu almaqda, 3-ü isə oyunçuların satışında iştirak edib.

Oxşar Xəbərlər