Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

Yan19,2021
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

Ermənistanda daha 236 nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 912olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9nəfər artaraq 3 007-ə çatıb.

COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 734-ə yüksəlib. İndiyədək 153 500pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 671aktiv koronavirus xəstəsi var.

Oxşar Xəbərlər