İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb

İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb

Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anımmərasimi təşkil edilib. İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatmavə Dəstəkləmə Dərnəyinin Azərbaycanın Qars şəhərindəki baş konsulluğu ilə birgətəşkil etdiyi mərasimdə yerli hakimiyyət orqanlarının, siyasi partiya şöbələrinin və İğdırictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi və 20Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Mərasim “Qarda açan qərənfillər” adlı filmin nümayiş olunması ilə davam edib.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-AzərbaycanDil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri ZiyaZakir Acar, Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır şöbəsinin sədri Ali Kamal Ayazçıxış ediblər.

Natiqlər 20 Yanvar faciəsinin tarixi barədə məlumat verib. Qeyd edilib ki, 1990-cıil yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin tapşırığı ilə Bakıda törədilənfaciəyə ümummilli lider Heydər Əliyev sərt etiraz səsini ucaldıb, AzərbaycanınMoskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyanın diqqətini Bakıda baş verənqanlı hadisələrə cəlb edib. Xalqımıza qarşı törədilən ağır cinayətlər pislənilib və bildirilibki, bu faciə Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz Vətəni uğrunda canındankeçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

Oxşar Xəbərlər