Kayrat Osmonaliyev: “Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları ehtiramla yad edirik”

“Bu günlərdə biz, çoxmillətli Qırğızıstan xalqının müxtəlif etnik qruplarının vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən “Azərbaycan Dostları” Qırğız Klubunun üzvləri Bakıda 1990-cı il yanvarın 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin günahsız qurbanlarının xatirəsini ehtiramla yad edirik”.

Bu sözləri “QİA.AZ”a Qırğız Respublikasındakı “Azərbaycan Dostları” klubunun sədri Kayrat Osmonaliyev deyib.

“O vaxt, 31 il əvvəl müxtəlif millətlərdən olan Bakı sakinləri cəsarətlə sevdikləri şəhəri hərbi müdaxilədən qorumaq üçün küçələrə çıxdılar və İttifaq mərkəzinin güc yolu ilə Azərbaycan xalqının milli maraqlarını, azadlıq və demokratiya hüquqlarını qorumaq üçün başlatdığı Azərbaycanın demokratik hərəkatını yatırmaq üçün etdiyi vəhşiliklərə qarşı etirazlarını bildirdilər. Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları hörmətlə anırıq. Allah onlara rəhmət eləsin. Onların fədakarlıqları boşa getmədi. 20 Yanvar totalitar imperiyanın – Sovet İttifaqının taleyi üçün dönüş nöqtəsi oldu, bundan sonra onun dağılması qaçılmaz idi”, – o söyləyib.

Oxşar Xəbərlər