Britaniya səfiri: “20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin nişanəsidir”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar başsağlığı verib.

“QİA.AZ” xəbər verir ki, diplomat müvafiq postu tvitter səhifəsində paylaşıb.

“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”, – səfir yazıb.

Oxşar Xəbərlər