“Dağlıq Qarabağ regionunda silahlı qarşıdurmanın qaynar mərhələsinin sona çatması Ermənistan və Azərbaycan xalqları arasında dinc yaşayış, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması üçün yeni imkanlar açıb. Artıq belə yanaşma görülməkdədir”.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev “Rossiyskaya qazeta”ya açıqlamasında Dağlıq Qarabağda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı qərara münasibət bildirərkən deyib.
“Ermənistan və Azərbaycanın maraqlarına uyğun olaraq, daşınmanın təmin edilməsi üçün prioritet olaraq dəmir yolu və avtomobil əlaqəsinin bərpası müəyyənləşdirilib. Qonşu ölkələr – Rusiya, İran, Türkiyə, Gürcüstan da bu kommunikasiyalardan beynəlxalq tranzitin inkişafı üçün istifadə edə biləcəklər”, – R.Nurqaliyev söyləyib.