COVID-19-un ağır gedişatından qoruyan dərman yaradılıb

Yan20,2021

Raş Universiteti Tibb Kollecinin amerikalı alimləri koronavirusun ağır formasının inkişafına mane ola biləcək molekul hazırlayıb.

QİA.AZ Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Journal of Neuroimmune Pharmacology” jurnalında yazılıb.

Tədqiqatda qeyd edilir ki, yaradılmış hissəcik COVID-19 zamanı əsas ölüm səbəbinin – sitokin fırtınasının qarşısını alır.

Siçanlarda sınaqlar apardıqdan sonra mütəxəssislər molekulun ağciyərlərin qorunmasına kömək etdiyini, bədən temperaturunu aşağı saldığını və ürək fəaliyyətinin yaxşılaşdırdığını təsbit ediblər.

Oxşar Xəbərlər