Britaniyada gündəlik ölüm sayı rekord həddə çatıb

Yan20,2021

Böyük Britaniyada yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb.

QİA.AZ xəbər verir ki, son sutka ərzində 1 820 nəfər ölüb.

Son 24 saat ərzində 38 905 nəfərin testi müsbət olub. Ümumilikdə ölkədə 3,5 milyon insan koronavirusa yoluxub, 93 290 pasiyent vəfat edib.

Krallıqda artan koronavirus hadisələrinə nəzarət etmək üçün karantin rejimi daha da sərtləşdirilib.

Qeyd edək ki, dekabr ayının əvvəlindən Pfizer-BioNTech şirkətinin, yanvar ayının 4-dən isə Oksford-AstraZeneca tərəfindən hazırlanan peyvəndlərin istifadəsinə başlanılıb.

Oxşar Xəbərlər