Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək

Azərbaycanda sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə üstünlük veriləcək.

“QİA.AZ”ın xəbərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.

Hazırkı qanuna əsasən, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

Təklif edilən dəyişikliklə isə şəhid ailəsinin üzvlərinə də sosial iş yerlərinin təşkili zamanı üstünlük veriləcək.

Oxşar Xəbərlər