Almaniyada son sutkada 17 862 nəfərə COVID-19 diaqnozu qoyulub.
“QİA.AZ” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Son 24 saatda Almaniyada 859 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, ölkədə indiyədək 2 106 262 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 50 642 nəfər dünyasını dəyişib.
Almaniyada məhdudlaşdırıcı tədbirlər rejimi fevralın 14-dək uzadılıb.