“Həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir. Pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır”.
“QİA.AZ” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, sıxlıqlarla, sosial məsafələrlə bağlı vəziyyət yaxşılaşarsa, sinflərin ənənəvi formaya qayıtması ilə bağlı vəziyyət düzələr:
“Azərbaycanda şagird sayı 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir. Hibrid model yaradıcı təfəkkürün məhsulu deyil”.