2019-cu illə müqayisədə 2020-ci ildə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb.
“QİA.AZ” xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında deyib.
Bildirib ki, onların 94 faizinin açılması təmin edilib.