Milli Məclisin deputatları və Aparatının işçiləri vaksinasiya olunacaq

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

“Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, dövlət qulluqçularının və deputatların vaksinasiyası həyata keçiriləcək”.

Bunu “QİA.AZ”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, Azərbaycanda vaksiyasiya prosesi həyata keçirilir. Bildiyiniz kimi, ilk növbədə tibb işçilərinin, daha sonra isə hüquq mühafizə orqanlarının əməkdaşlarının və digər şəxslərin vaksinasiyası həyata keçiriləcək. Burada əsasən, təhlükəsizlik və daha çox yoluxma ehtimalı daha çox onlar nəzərə alınır. Bunun üçün deputat, tibb işçisi olmaq önəmli deyil. Qrafikə uyğun olaraq, Milli Məclisin deputatları, o cümlədən, Milli Məclis Aparatının işçiləri də vaksinasiyadan keçəcəklər”, – komitə sədri bildirib

Oxşar Xəbərlər