“Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşının nəşini Vətəninə göndərəcəyik”.
“QİA.AZ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Dəniz quldurlarının vətəndaşlarımıza hücumu olmuşdu. Hazırda 15 vətəndaşımız qaçırılıb”, – o bildirib.