Qlobal müdafiə xərcləri artır

Ötən ildə qlobal müdafiə xərcləri 2019-cu ilə nisbətən 1,9% artaraq 1,93 trilyon ABŞ dolları təşkil edib.

“QİA.AZ” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Jane’s” informasiya-analitik mərkəzinin hesabatında deyilir.

Hərbi qurumların ehtiyacları üçün çəkilən xərclərdə ardıcıl yeddinci ildir artım qeydə alınıb. Hələ 2010-cu ildə belə xərclər 1,75 trilyon ABŞ dollar idi. Ekspertlər yaxın illərdə koronavirus pandemiyasının təsiri altında artımın yavaşlayacağını, təsirin xüsusən 2022-ci ildə nəzərə çarpacağını, ancaq 2030-cu ilə qədər xərclərin 2,23 trilyona çatacağını gözləyirlər.

2020-ci ildə Avropa müdafiə xərclərini digər bölgələrə nisbətən daha çox artırıb – 5,6%. Ancaq mütləq rəqəmlərdə vəsaitlərin 40%-ni özündə cəmləyən Şimali Amerika şəksiz liderdir. Ardınca Asiya-Sakit okean regionu (28%) və Qərbi Avropa (15%) ölkələri gəlir.

Rusiya və MDB ölkələri qlobal müdafiə xərclərinin cəmi 2%-ni (2010-cu ildə 3%) əhatə edir, Şərqi Avropada da eyni göstəricidir. Yaxın Şərq və Şimali Afrikanın payı 9%, Latın Amerikasınınkı isə 3%-dir. Afrikanın Böyük Səhrənın cənubundakı hissəsinin payı cəmi 1% təşkil edir.

“Jane’s”in hesablamalarına görə, 2030-cu ildə balans Asiya-Sakit okean regionunun xeyrinə əhəmiyyətli dərəcədə dəyişəcək. Bu bölgə ümumi müdafiə xərclərinin 37%-ni özündə birləşdirəcəksə, Şimali Amerikamım payı 33% təşkil edəcək.

Oxşar Xəbərlər