Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə üç dəfəyədə kartırılır

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır

26 yanvar 2021-ci il, Bakı – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 fevral tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə üç dəfəyədəkartırır.

Reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

– Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;

– Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.

Azaldan “QİA.AZ”a verilən məlumata görə, hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrımərkəzinə WhatsApp mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etməyinizixahiş edirik:

– Bakı-Naxçıvan reysləri üçün:WhatsApp: +994 55 204 65 54;

– Naxçıvan-Bakı reysləri üçün:

WhatsApp: +994 60 487 30 11

Aviabiletləri həmçinin 1 fevral tarixindən açılması nəzərdə tutulan aviaşirkətin satışnöqtələrində əldə etmək mümkündür.

Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əlçantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompyuter çantasının (çantayalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədənkağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınanbaqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıqolmamalıdır.

Oxşar Xəbərlər