Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Qarabağ əhalisinin etno-demoqrafik təkamülü: inkişaf mərhələləri” adlı hesabat hazırlanıb.

BMTM-dən “QİA.AZ”a verilən məlumata görə, hesabatın müəllifi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Demoqrafik və Sosioloji Trendlərin Təhlili şöbəsinin rəhbəri i.ü.f.d, dos. Rüfət Əfəndiyevdir.

Hesabatda bildirilir ki, ötən il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsi faktiki olaraq həll olunsa da, münaqişənin mövcud olduğu müddətdə erməni tarixçiləri etno-demoqrafik mövzuya müraciət edərək özlərinin bu regionda “qədimdən” mövcud olduqlarını sübut etməyə çalışıblar. Həmçinin müəllif bildirir ki, bu müddətdə azərbaycanlı tədqiqatçılar da münaqişənin sosial-siyasi aspektlərinin araşdırılmasına xüsusi diqqət ayırıblar. Sözügedən materialda bu məsələlər tarixi baxımdan nəzərdən keçirilib və XIX-XXI əsrlərdə, xüsusilə ADR və SSRİ dövründə və 1988-ci ildən sonra Qarabağın və ətraf ərazinin əhalisinin tərkibinin və strukturunun dəyişdirilməsinin etno-demoqrafik dinamikası öyrənilib. Hesabat ilkin olaraq rus dilində hazırlanıb.

Oxşar Xəbərlər