Rüşvətə görə həbs edilən FHN vəzifəlilərinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq müdiri Abdulla Abdullayev və şöbənin inspektoru olmuş Rəhman Babayevin cinayət işi hazırlıq iclası keçirilib.

QİA.AZ  xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iclası fevralın 4-ə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatla saxlanılıblar.

İttihama görə, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırıb.

Onlara Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) madələri ilə ittiham verilib.

Oxşar Xəbərlər