DİM sədri: “Bu il qabiliyyət imtahanları keçiriləcək”

Bu il qabiliyyət imtahanının keçirilməsini düşünürük. Tarixlər olsa da hələlik açıqlaya bilmirik”.

“QİA.AZ” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.DİM sədri qeyd edib ki, epidemioloji vəziyyət dəyişsə, qabiliyyət imtahanlarının tarixində də müəyyən dəyişiklik ola bilər: “Xüsusi jurnal gələn həftə işıq üzü görəcək. Keçən ilki planla hansı ixtisaslarda ixtisarlar olmuşdu bu il də elə keçirilə bilər. Bu təbii ki, B planımızdı. Amma A planına əsasən bu il qabiliyyət imtahanının keçirilməsi planlaşdırılır”.

Oxşar Xəbərlər