Rusiya Ermənistanı darmadağın etdi, növbədə Fransadır

Yan29,2021

Ermənistan milli komandası futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə böyük hesablı məğlubiyyətlə başlayıb.

QİA.AZ-ın məlumatına görə, bu gün keçirilən 2-ci qrupun ilk tur matçında rəqib Rusiya yığması olub. Ermənistan futzalçıları ilk yarıda 4, ikinci hissədə 2 top buraxaraq, darmadağın olublar – 0:6.

Turun digər görüşündə Fransa evdə Gürcüstanla heç-heçə edib – 4:4. Növbəti turda Gürcüstan Rusiyanı, Ermənistan isə Fransanı qəbul edəcək.

Oxşar Xəbərlər