ABŞ-da koronavirusa yoluxma hallarının sayı 26 milyonu keçib.
“QİA.AZ” xəbər verir ki, bu barədə yerli və federal qurumların göstəriciləri əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Müəssisənin məlumatına görə, ölkədə 26 012 880 nəfər təhlükəli infeksiyaya yoluxub, 438 239 insan virusdan ölüb.
Yanvarın 24-də ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyona çatıb. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.