Çin Kanadadan gələn əcnəbiləri ölkəyə buraxmayacaq

Çin Kanadadan gələn bütün xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.

“QİA.AZ” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Torontodakı Çin Konsulluğu məlumat verib.

Qeyd olunub ki, ​​qadağa Çində yaşayış, iş icazəsi olan əcnəbilərə, şəxsi məsələlər və ailə qurmaq üçün ölkəyə daxil olmaq istəyənlərə şamil olunub. Çinə yalnız diplomatik passportu və xidməti vizası olan əcnəbilər daxil ola biləcək.

Medianın yazdığına görə, bu, Çinin COVID-19-un yayılma qorxusu səbəbiylə Kanada tərəfindən tətbiq olunan məhdudiyyətlərə cavab addımı idi.

Oxşar Xəbərlər