Myanmada dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib

Myanmada dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib

Myanma hərbçiləri prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər.

“QİA.AZ” xəbər verir ki, bu barədə ordu telekanalına istinadən “Sinxua” agentliyi bildirib.

“Reuters” agentliyinin məlumatına görə, hərbçilər seçkilərdə baş verən saxtakarlıqlara cavab olaraq bir neçə nəfəri saxlayıblar.

Daha əvvəl hakim “Demokratiya üçün Milli Liqa” Partiyasının nümayəndəsinə istinadən “Reuters” bildirib ki, Myanma prezidenti Vin Myin və faktiki hökumət başçısı hesab edilən dövlət müşaviri Aun San Su Çji naməlum şəxslər tərəfindən saxlanılıb.

Ölkənin prezidenti və faktiki dövlət başçısından əlavə, saxlanılanlar arasında Şan əyalətinin Planlaşdırma və Maliyyə Naziri, hakim partiyanın Kaya əyalətindəki şöbəsinin sədri və İravadi bölgəsinin parlamentindəki bəzi partiya nümayəndələri də var.

“Reuters” agentliyinin məlumatına görə, Yanqon şəhər meriyasının ətrafında qoşunlar yerləşdirilib.

Hərbçilər ölkədə hakimiyyətin Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, hərbçilər vitse-prezident Myint Şveni müvəqqəti prezident təyin ediblər.

Oxşar Xəbərlər