İran peykdaşıyıcısını orbitə çıxardıb

İran bu gün öz aeronavtika sahəsində ilk dəfə bərk yanacaqlı motordan istifadə etməklə “Zülcanah” araşdırma peykdaşıyıcısını kosmosa göndərib.

QİA.AZ-ın məlumatına görə, bunu İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sözçüsü Əhməd Hüseyni deyib.

Ə.Hüseyninin sözlərinə görə, bu peykdaşıyıcısını kosmosa göndərməkdə məqsəd İranda bərk yanacaq istehlak edən motorun texnoloji göstəricisini sınaqdan keçirməkdir.

Hüseyni əlavə edib ki, texniki cəhətdən dünyanın hazırkı peykdaşıyıcıları ilə müqayisə oluna biləcək bu peyk üç mərhələli yanacaqdan (2 bərk yanacaq, 1 maye yanacaq) istifadə edir.

İranlı hərbi rəsmi deyib ki, bu peykdaşıyıcısı 220 kq çəkisi olan peyki 500 kilometrə qədər daşıya bilər.

Oxşar Xəbərlər