Gürcüstan hökuməti Türkiyə vətəndaşlarının ölkəyə daxilolma rejimini sadələşdirir.
“QİA.AZ” xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, Türkiyədən Gürcüstana səfər edəcək şəxslər “PCR” testinin mənfi nəticəsini təqdim edərək ölkəyə daxil ola biləcəklər və üç gündən sonra təkrar test verməli olacaqlar.
Nazir həmçinin qeyd edib ki, digər ölkələrdən də Gürcüstana giriş rejiminin asanlaşdırılması məsələsi nəzərdən keçirilir və siyahı hazırlanır.