İspaniyanın “Qranada” komandasında koronavirusa 5 yoluxma halı aşkarlanıb.
“QİA.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisinin baş məşqçisi Dieqo Martines, 3 futbolçu və bir əməkdaşın test nəticəsi müsbət çıxıb.
Xəstəliyi simptomsuz keçirən şəxslər dərhal karantinə yerləşdiriliblər. Baş məşqçi və futbolçular UEFA Avropa Liqasının E qrupunun III turunda bu gün Kipr “Omoniya”sı ilə matçı buraxacaqlar.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.