Fevralın 15-dən V-IX siniflərin əyani dərsi başlayacaq

Fevralın 15-dən etibarən məktəbəqədər təhsil müəssisələrində tədris qismən bərpa edilir.

“QİA.AZ” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin təklifində öz əksini tapıb.

Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə olacaq.

Bundan başqa, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədris bərpa edilir.

Oxşar Xəbərlər