Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 34 % artıb

Fev4,2021

2020-ci il ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 47 mln ABŞ dolları əməliyyat xərcləri sərf edilib.

“QİA.AZ” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2019-cu ilin nəticələri ilə müqayisədə mln ABŞ dolları və ya 2,08 % azdır.

2020-ci il ərzundə boru kəmərinin əsaslı xərcləri 13 mln ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 21 mln və ya 2,6 dəfə azdır.

Ötən il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,8 mln kubmetr olub ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 9,8 mln kubmetr və ya 33,8 % çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8 %), “AzSCP” (10 %), “SGC Midstream” (6,7 %), “Petronas” (15,5 %), “LUKoil” (10 %), NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.

Oxşar Xəbərlər