Gürcüstanda koronavirusa 538 yeni yoluxma qeydə alınıb, 18 nəfər ölüb

Fev5,2021
Gürcüstanda koronavirusa 538 yeni yoluxma qeydə alınıb, 18 nəfər ölüb

Gürcüstanda son sutkada daha 538 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 18 pasiyent vəfat edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 261 018-ə, ölənlərin sayı isə 3 258-ə çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 498 nəfər artaraq 252 246-ya yüksəlib.

Oxşar Xəbərlər