Ötən il Azərbaycanda 34,5 mln ton neft hasil edilib

Fev5,2021

2020-ci il ərzində Azərbaycanda 34,5 mln ton neft (kondensatla birlikdə) hasil edilib.Bu barədə “QIA.AZ” Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 mln ton və ya 7,9 % az olub.Respublika üzrə neft hasilatının 23,5 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,2 % çoxdur.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib. Bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 3,6 % azdır.

Oxşar Xəbərlər