“Qalatasaray” səfərdə “Fənərbağça”nı məğlub etdi

Futbol üzrə Türkiyə Super Liqasında “Fənərbağça” və “Qalatasaray” komandaları arasında İstanbul derbisi keçirilib.

QİA.AZ-ın məlumatına görə, XXIII tura təsadüf edən qarşılaşma “Ülker stadionu”nda baş tutub.

FIFA referisi Cüneyt Çakırın idarə etdiyi oyun “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolu 54-cü dəqiqədə misirli futbolçu Mustafa Məhəmməd vurub.

“Sarı qırmızılar” bu nəticədən sonra 48-ci xalını qazanıb və “Fənərbağça” ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Oxşar Xəbərlər