Antibiotik oğlan uşaqlarının böyüməsini ləngidir

Antibiotik oğlan uşaqlarının böyüməsini ləngidir

Bioloqlar müəyyən ediblər ki, doğuşdan sonrakı ilk iki həftədə oğlan uşaqlarına antibiotik vermək onların böyüməsini qarşıdakı altı il ərzində gecikdirə bilər.

“QİA.AZ”ın məlumatına görə, araşdırmanın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.

“Antibiotiklər yenidoğulan uşaqların sağ qalması üçün çox vacibdir, lakin uzun müddətli yan təsirlərə səbəb ola bilər. Bunları bilmək və öyrənmək lazımdır”-araşdırmanın müəlliflərindən biri, Bar-İlana Universitetin professoru Omri Koren deyib.

Alimlər dərmanın uşaqların sağlamlığına və onların inkişafına necə təsir etdiyini müəyyən etmək üçün Finlandiyada 2008-2010-cu illər arasında anadan olan 12,4 min yeni doğulan körpənin sağlamlığını izləyiblər. Bütün körpələr sağlam doğulub və anadangəlmə xəstəlikləri mövcud olmayıb. Onların təxminən 9,3% -nə həyatının ilk iki həftəsində antibiotik təyin edilib.

Antibiotik qəbul edən oğlanların altı yaşında yaşıdlarına nisbətən kütləsində və boyunda fərq olduğu müəyyənləşib.

Oxşar Xəbərlər