Tovuz rayonunda qətl hadisəsi baş verib.
“QİA.AZ” xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, Gədəbəy rayon Əmiraslanlı kənd sakini,1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlu Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədəov Elvin Submat oğlu tərəfindən qətlə yetirilib.
Hadisənin içki məclisindən sonra yaranmış mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.