Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 9-11-də Küveyt, Oman və Qətərə rəsmi səfər edəcək.
“QİA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə qarşılıqlı münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Həmçinin M.Çavuşoğlunun həmin ölkələrdə fəaliyyət göstərən Türkiyənin iş adamları ilə görüşləri də nəzərdə tutulub.