Ermənistanın paytaxtı Yerevanda İqtisadiyyat Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, nümayişçilər Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələbə ediblər.
Məlumata görə, polis əməkdaşları onlarla etirazçını Yerevanın mərkəzində tutaraq polis şöbəsinə aparıb.