Britaniyalı nazir: “Əminəm ki, gələcəkdə Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək”

“İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik”.

“QİA.AZ” xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum”, – o bildirib.

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər